Murat Boz da aktrisa sevgilisi ilə evlənmək istəyir - FOTO

Murat Boz da aktrisa sevgilisi ilə evlənmək istəyir - FOTO

18 Mart 2016 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Onlar film çəkilişlərində tanış oldular. Beləcə, sevgi romanına start verildi.

Söhbət Murat Boz və aktrisa Aslı Enverdən gedir.

Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, Artıq dostluqlarını sevgiyə çevrilən cütlük tez-tez maqazin müxbirlərinin kameralarına tuş gəlirlər. Əgər əvvəllər münasibətlərini gizli saxlamağa çalışırdılarsa, indi əksinə, hər kəsə məhəbbətlərini nümayiş etdirməkdədirlər.

Ötən gün "Kış güneşi" serialının çəkilişlərini izləyən Murat, "bəli, Aslını gözləyirəm, lazım olarsa, 10 saat deyil, bir ömür boyu gözləməyə hazıram!" – deyə açıqlama verib.

Deyilənə görə, Murat Boz da həmkarı Tarkan, Mahsun, Kvanç kimi ailə quracaq.

Banu