Terror aktına səssiz qalan İbrahim Tatlıses qınanıldı!

Terror aktına səssiz qalan İbrahim Tatlıses qınanıldı!

15 Mart 2016 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
"Partlayışın sənin üçün bir önəmi yoxdur məgər?"

Ötən gün Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı bütün türk dünyasını yasa bürüyüb.

Sıravi insanlar kimi şou-biznes nümayəndələri də sosial şəbəkələrdəki səhifələrində fikirlərini, ürək sözlərini yazıblar. Onlar terror aktını pisləyib, xalqına başsağlığı veriblər.

Sosial şəbəkələrdə daima fəallığı ilə seçilən İbrahim Tatlısesin bu gündə səssiz qalması isə izləyicilərinin əsəblərini tarıma çəkib.

14 Mart günü bəzi izləyicilər tərəfindən ad günü təbriki alan Tatlıses, "Mən unutdum, amma məni unutmadılar, təbrik edən hər kəsə minnətdaram" kimi cavab yazıb. Amma yenə də terrorla bağlı status paylaşmayıb.

İzləyicilərindən biri onun bu soyuqqanlığını belə çözüb:

"Bu 14 Martda səndən daha önəmli şeylər var. Deyirəm, bəlkə bir az o hadisələrdən paylaşasan? Partlayışın sənin üçün bir önəmi yoxdur məgər? Çox izləyicisi olan bir müğənni olaraq bir paylaşma etməliydin".

Xatırladaq ki, bundan əvvəl İbo Petek Dinçözün fotosunu paylaşaraq ona eşq elan etmişdi. Və bununla da uzun müddət maqazin dünyasını zəbt etməyi bacarmışdı.

Banu