Aygün Kazımova eks "W-TRIO" haqda danışıb

Aygün Kazımova eks "W-TRIO" haqda danışıb

10 Mart 2016 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Aygün Kazımova "Bizimləsən" verilişində müğənnilər - Elnarə Xəlilova, Röya Ayxan və Natəvan Həbibi haqda danışıb:

"Vaqif müəllim tələbə götürəndə bizim xəbərimiz olurdu, biz də onlara dəstək olurduq. Onlar mənim çıqqılı qızlarım idi. Elnarə bəzi şeyləri yadıma saldı. Röyaya, Elnarəyə, Natəvana həmişə "mənim çıqqılı qızlarım" deyirdim. Onlara bizim kimi böyük ifaçılar dəstək olmalı idi, olurduq da. Konsertimdə onları da səhnəyə çıxarırdım.

İnanıram ki, hər şey yaxşı olacaq. Təbii ki, hansısa səhvlər olur. Biz - örnək müğənnilər belə yanlış addım atırıq. Əsas odur, birlik olsun. Onda kənarda ayrı qalanlar da çoxluğa tabe olacaqlar. Onlar da yavaş-yavaş bizə yaxın gələcəklər". (axar)

Mediainfo.az