Ölkəmizi "Eurovision"da Səmra Rəhimli təmsil edəcək - FOTO
Azərbaycanı 61-ci "Eurovision" Mahnı Müsabiqəsində təmsil edəcəyi deyilən Səmra Rəhimlinin iştirakı təsdiqini tapıb. 2010, 2011 və 2012-ci illərdə Azərbaycanın Eurovision mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunu paylaşıb.
Ukraynada çəkilən foto bir neçə saat sonra Sandranın səhifəsindən silinib. Lakin sözügedən foto Türkiyədə "Eurovision" xəbərlərini yayımlayan "eschalley.com"da işıqlandırılıb.
Sayt iddia edib ki, Səmra Rəhimli Eurovision səhnəsində "Miracle" adlı mahnı ilə çıxış edəcək.
Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin "Drip drop", Ell and Nikkinin "Running scared", Səbinə Babayevanın "When the music dies" mahnılarının söz yazarıdır. (qafqazinfo)
Mediainfo.az