Türkan Şoray villasını satışa çıxarıb - SƏBƏB - FOTO

Türkan Şoray villasını satışa çıxarıb - SƏBƏB - FOTO

26 Fevral 2016 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki korifey sənətkar, "Sultan" ləqəbli Türkan Şoray Bebekdəki mülkünü satışa çıxarıb. Üçmərtəbəli saray "balasının" qiyməti 15 milyon türk lirəsidir.

Ayaqlarındakı problemlə əlaqədar villanın pilləkənlərini qalxıb-enməyi bacarmayan gözəl aktrisa satışın məqsədini bu cür anladıb:

- Evim gözəldir, amma mən daha rahat qalxıb-düşmək üçün əlverişli olan və ya lifti olan bir ev istəyirəm.

Xatırladaq ki, Şoray 22 il birlikdə yaşadığı Rüçhan Adlının nəvələri ilə məhz bu villaya görə məhkəməlik olmuşdu. 2001-ci ildə səsli-küylü başlayan məhkəmənin qərarı ilə villanın nəvələrə düşən hissəsi satışa çıxarılmış, aktrisa da o hissəni satın almışdı, Beləcə, arada yaranan problem çözülmüşdü.

Banu