Elgiz efirə qayıdır

Elgiz efirə qayıdır

25 Fevral 2016 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ata olduğu üçün məzuniyyətə çıxan teleaparıcı Elgiz Əkbər efirə qayıdır.

Musavat.com saytına açıqlama verən teleaparıcı bildirib ki, o, fevralın 29-da, bazarertəsi "Günə baxan" verilişində tamaşaçıların görüşünə gələcək: "Bilirəm ki, məzuniyyətim uzun çəkdi. Məzuniyyət vaxtım ötən həftə bitsə də, efirə qayıtmadığım üçün camaat narahat olub. İnsanlar haqqımda müxtəlif şayiələr yaydı. Bəziləri ANS-dən qovulduğumu, bəziləri küsdürüldüyümü, bəziləri acıq etdiyimi dedilər. Bu söz-söhbətlərin heç bir əsası yoxdur. Susurdum ki, ANS telekanalı özü açıqlama versin. İndi isə açıqlayıram, "Günə baxan"ın aparıcısı kimi efirə qayıdacağam".

E.Əkbər yeni doğulan qızından da bəhs edib: "Qızım çox yaxşıdır, lakin çox ağlayan uşaqdır. Gündüzləri sakit dayanır, gecə isə səhərə kimi yata bilmirəm. Deyirlər ki, 40-ı çıxandan sonra sakitləşəcək. Səhər durub, necə işə gedəcəyimi bilmirəm".

Mediainfo.az