Bu da Kıvanç Tatlıtuğun toyundan FOTOLAR
Ötən günlərdə saytımızda Türkiyənin yaraşıqlı aktyoru Kıvanç Tatlıtuğun Parisdə stilist Başak Dizerlə ailə quracağı haqda ətraflı məlumat vermişdik. Hətta böyrək xəstəliyindən əziyyət çəkən anasının toyda iştirak etməyəcəyindən də xəbərdarsınız.
Mediainfo.az xəbər verir ki, dünən nəhayət ki, tanınmış aktyor subaylığın daşını atdı. Anası Nurten Tatlıtuğ isə oğlunun toyunu 3D sistemi vasitəsilə izlədi.
Gəlinin şahidi şəriki Deniz Marşan və fotoqrafçı Tamer Yılmaz, bəyinki isə prodüser Kerem Çatay və meneceri Gaye Sökmen oldu.
Ailə üzvlərindən Kıvançın qardaşı Cem, Tuqay və arvadı Ebru, yaxın dostlarından Kıvanç Kasabalı-Sedef Avcı, İlker-Sanem Ayrık, Ece Yörenç, Hilal Saral ilə Gökhan Uyanın da iştirak etidiyi mərasimdən sonra qonaqlar partiyə gediblər. Cütlükdən başqa hər kəs birinci gün Türkiyəyə qayıdacaq.
Xatırladaq ki, tanınmış cütlük bal ayını elə Parisdə keçirəcək. Onlar "Shangri La Hotel"də qalacaqlar.
Yaraşıqlı bəy sevimli xanımını razı salmaqdan ötrü heç bir xərcdə qənaət etməyib. Belə ki, o, Jenifer Lopez, Madonna, Maykl Ceksonun ailə üzvlərinin də tərciyə etdiyi "La Suite İmperiale"də qalmağa üstünlük verib. Hansı ki, bu otelin bir gecəsi 15 min avro qiymətinədir. Onu da əalvə edək ki, Kıvanç 45 nəfərlik dostlarından xahiş edib ki, toydan çəkilən şəkilləri sosial şəbəkələrdə paylaşmasınlar.




Hazırladı: Banu










































.jpg)



















































