İbrahim Tatlıses oğlunun ad günündə iştirak etdi - FOTOLAR

İbrahim Tatlıses oğlunun ad günündə iştirak etdi - FOTOLAR

18 Fevral 2016 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
İdo: "Yaxşı ki atamsan, Bıdıkcım"

Mediainfo.az xəbər verir ki, dünən İmperator İbrahim Tatlıseslə həyat yoldaşı olmuş Derya Tunanın oğlu İdo 24 yaşına qədəm basıb. Bu münasibətlə İbo ilə Derya sosial şəbəkədə oğlanlarına duyğusal təbrik yazıblar:

İbrahim Tatlıses: "Bütün uşaqlarım mənim üçün qızıl dəyərindədir. Allah hamının övladını saxlasın. Yaxşı ki varsan, oğlum!"

Derya Tuna: "Mənim sevgilim, eşqim, həyatım, ömrüm, nəfəsim, səni sevirəm!"

İdonun valideynlərinə təşəkkürü də gecikməyib:

"Tam 24 il əvvəl idi... Yanımda olan, mənimlə eyni hissləri paylaşan hər kəsə təşəkkürümü bildirirəm. Yaxşı ki anamsan, Derikom. Yaxşı ki, atamsan, Bıdıkçım. Sizləri çox sevirəm. Bu gün məni sevənlərin günüdür".

Xatırladaq ki, İbrahim oğlunun doğum günü partisində iştirak edib. Bir çox ünlü simaların da yer aldığı partinin tortunu səbəbkar deyil, məhs İ.Tatlıses kəsib.

Banu