Sibel Can yaşının azaldılması ilə bağlı məhkəməyə müraciət etdi
"Atam yaşını 6 il çox yazdırıb"
Mediainfo.az xəbər verir ki, məşhur müğənni Sibel Can məhkəməyə şikayət ərizəsi yazıb. Onun fikrincə, atası Engin Cangüren şəxsiyyət vəsiqəsinə onun yaşını 6 il çox yazdırıb.
Sibelin ərizəsində bunlar yazılıb:
"Vəfat edən anamla atam 1969-cu ildə evləniblər. Əgər mən 1964-cü il təvəllüdlü olsaydım, belə çıxır ki, valideynlərimin ailə qurmasından 5 il öncə mən doğulmuşam. Bu, mümkün deyil.
Anam 1952-ci il təvəllüdlüdür. Mən 1964-cü ildə anadan olmuşamsa, belə çıxır ki, anam 12 yaşında doğub məni? Bu, tibbi baxımdan mümkün deyil. Məhkəmə qərarından göründüyü kimi, evlilikdən əvvəl doğuş da mümkün deyil. O üzdən anadan olduğum tarixi 1970-ci il kimi dəyişdirilməsini tələb edirəm."
Xatırladaq ki, məhkəmə qərarı hələ verilməyib.
Banu
Digər xəbərlər










































.jpg)



















































