Mahsun Kırmızıgül terroru lənətlədi

Mahsun Kırmızıgül terroru lənətlədi

18 Fevral 2016 11:48
Bəyəndim (0) Bəyənmədim (0)
Ünlülər Ankara terroruna münasibət bildiriblər

Mediainfo.az xəbər verir ki, Ankarada baş verən məlum terror aktına türk şou-biznesinin nümayəndələri də biganə qalmayıblar. Sosial şəbəkələrdə hər kəs millətin acısı ilə bağlı münasibətini bildirib. Onların arasında yenicə ailə qurmuş Mahsun Kırmızıgül də var. Hansı ki, bundan öncəki terror aktına möhkəm əsəbiləşmiş, hətta çəkinmədən Davudoğlunu "zalım" belə adlandırmışdı.

"Terror, savaş, ölüm, özbaşınalıq... Kim edirsə-etsin, min dəfə lənət olsun!" statusu paylaşan Mahsun 28 insanın öldüyü, 61 nəfərin isə yaralandığı terror aktını həyata keçirənləri lənətləyib.

Qeyd edək ki, sosial səhifələrində Gülben Ergen, Atilla Taş, Acun Ilıcalı, İrfan Değirmençi, Fatih Portakal, Hakan Şükür, Hadise, Işın Karaca, Oğuzhan Koç, Gonca Vuslateri, Ebru Gündeş və s. bu kimi ünlülər Ankara terroru ilə bağlı fikirlərini bildiriblər.

Banu