Məhkəmə İlhamə Quliyevanın köməkçisinin həbs müddətini uzatdı

Məhkəmə İlhamə Quliyevanın köməkçisinin həbs müddətini uzatdı

17 Fevral 2016 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb.

Vəkil Vasif Mirzəyev KİV nümayəndələrinə bildirib ki, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, fevralın 13-də Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Mediainfo.az