Xalq artisti: "İndi Rafael Dadaşova gücləri çatmır, başlayıblar Səidəni daşlamağa"

Xalq artisti: "İndi Rafael Dadaşova gücləri çatmır, başlayıblar Səidəni daşlamağa"

15 Fevral 2016 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Həmişə qızlarımla da, oğlumla da müəyyən qədər ərkyana zarafatlar edirəm. Mənim xoşum gəlir ki, onlarla oturum söhbət edim, birlikdə kinoya baxım.

Bu sözləri xalq artisti Rafael Dadaşov "Sənətsevər" verilişində övladları haqda danışarkən deyib. O, qızı Səidə Dadaşova ilə bağlı yaranan söz-söhbətlərdən də danışıb:

"Heç vaxt istəməmişəm ki, övladım onlara qarşı diqqət, qayğı olmadığını hiss etsin. Səidə mənim ən şıltaq qızımdır. Mən bütün günü Səidənin yanındayam. Səidə mənə nəvə bağışladı, adımı da ona qoyub. Həmişə demişəm, sənətkara gücləri çatmayanda başlayırlar övladını daşlamağa. Məlik Dadaşova gücləri çatmayanda Rafael Dadaşovu daşladılar. İndi Rafael Dadaşova gücləri çatmır, başlayıblar Səidəni daşlamağa. Sənətkar övladını qorumağa çalışın. Mən o kəslərə hörmət edirəm ki, ata-anasının yolunu davam etdirir. Ləyaqətlə davam etdirənlərə isə xüsusi hörmətim var".

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşovanın nikahdankənar eşq həyatı yaşaması ilə bağlı mövzular gündəmə gəlmişdi. Daha sonra açıqlama verən Səidə Dadaşova ailə qurduğunu bildirmişdi. (axar)

Mediainfo.az