Deniz Seki həbsində keçmiş sevgilisini günahlandırır

Deniz Seki həbsində keçmiş sevgilisini günahlandırır

10 Fevral 2016 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, türk şou-biznesinin tanınmış simalarından biri olan Deniz Seki narkotik alveri ilə məşğul olduğuna görə həbs edilib. Xatırladaq ki, bu, müğənni xanımın eyni maddə ilə ikinci həbsidir.

Artıq 16 aydır ki. Dəmir barmaqlıqlar arxasında qalan Deniz "Denizin dibi" adlı kitabını nəşr etdirib.

Müsahibələrində olduğu kimi, kitabında da müğənni həbsində keçmiş sevgilisi, klarnet ustası Hüsnü Şenlendiricini günahlandırır.

Deniz Sekinin sözlərinə görə, həbs olunmasında birbaşa Hüsnünün əli var. Belə ki, onu narkotik aludəçisinə məhs klarnet ustası aludə edib.

Hər zaman bu ittihamların qarşısında səssiz qalan Hüsnü Hindistandan xəbər yolladı:

- Artıq bu söz-söhbətdən bezdim! Əgər mən günahkaramsa, niyə azadlıqdayam? Deniz xanım cəhənnəmdə özünə yoldaş axtarır. Onun düşdüyü duruma görə üzgünəm, məni suçladığına görə isə canı sağ olsun.

Günel