Tolik: “Bu qalmaqala üçüncü bir şəxs qarışmamalıdır”

Tolik: “Bu qalmaqala üçüncü bir şəxs qarışmamalıdır”

9 Fevral 2016 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Aygün Kazımova ilə müğənni Elton Hüseynəliyev arasında olan qalmaqala prodüser Tolik (Tarix Əliyev) münasibət bildirib. Prodüser bildirib ki, bu qalmaqala üçüncü bir şəxs qarışmamalıdır: "Aygün Kazımovanın etdiyini doğrudan da heç kim edə bilməz. Bu, danılmazdır. Aygün Kazımova ola bilər ki, Eltondan inciyib. Bəs, mənə maraqlıdır, siz niyə ortalığa düşmüsünüz? İndi mən səhifəmdə Aygün xanıma pis yazsaydım, hamınız mənə qoşulacaqdınız. Aygün xanım bilər, Elton bilər. İkincisi də demək istəyirəm ki, şou-biznesdə sözün əsl mənasında kişi müğənnilər yığışsalar, istər sənətdə, istər kişilikdə Elton onlardan ön sırada durar. Bəzilərindən fərqli olaraq... Ona görə də Aygün Kazımova ilə Eltonun küsülülüyünə üçüncü insanın adını yapışdırmayın".

Qeyd edək ki, müğənni E.Hüseynəliyevin "ATV Maqazin 10-larla" verlişindəki çıxışı A.Kazımovanın ürəyincə olmamışdı. Xalq artisti sosial şəbəkədəki səhifəsində E.Hüseynəliyevin ünvanına təhqiredici ifadələr işlətmişdi.

Mediainfo.az