ŞOK İDDİA! Tanınmış müğənni 20-30 min dollar vasitəilə əsgərlikdən yayınıb!

ŞOK İDDİA! Tanınmış müğənni 20-30 min dollar vasitəilə əsgərlikdən yayınıb!

8 Fevral 2016 14:18
Bəyəndim (0) Bəyənmədim (0)
Əgər iddia sübut olunarsa, Kutsini 21-60 ilədək həbs cəzası gözləyir

Mediainfo.az xəbər verir ki, tanınmış türk müğənnisi, aktyor Kutsi məhkəməyə verilib. Belə ki, onun saxta hərbi bilet aldığı ortaya çıxıb. Əgər istintaq bu versiyanı təsdiqləsə, qanuna görə, onu 21 ildən 60 ilə qədər cəza gözləyir!

Hələ 2015-ci ildə 30 nəfərlə bərabər Kutsinin də əsgərlik xidmətindən yayınması üçün müxtəlif saxta sənərlər aldığı iddia edilmişdi. O vaxt məlum olmuşdu ki, müğənni həkimdən saxta yolla "tez-tez depresiyaya düşmə" sənədini əldə etməyi bacarıb.

Kutsinin vəkili Selaheddin Gümanın iddiasına görə, 2006, 2007 və 2009-cu illərdə müdafiəçisinə verilən "Ruhi sağlamlığında pozuntuluq" haqqında sənəd həqiqətəuyğundur. Bu sənədlər tanınmış həkimlərin gəldiyi qənaətə əsasən əldə edilib.

Müğənni vəkili vasitəsilə məhkəməyə bildirib ki, "adım rüşvət verib, saxtaçılıq etməkdə hallandırılaraq ləkələnib. Hələ 14 yaşımdaykən məndə "Stivens Johnson Sindromu" xəstəliyi tapılıb. Bu nadir və sonu ölümlə nəticələnən bir xəstəlikdir. Saxta iddia edilən sənədlərdə 10 həkimin imzası var! Haşmet Işıklıdan başqa digər həkimlərin məhkəməsi olmayıb."

Buna baxmayaraq, araşdırmalar zamanı məlum olub ki, Kutsinin 20-30 min dollar civarında əldə etdiyi saxta sənədlərin heç birində dəyişiklik edilməyib. Sonuncu sənədində "əsgərlik etməyə əlverişlidir, komandir ola bilməz" möhürü vurulduğu halda müğənni əsgərlikdən yenə də canını qurtara bilib. Belə ki, 2010-cu ildə o, axtarışa verilib.

O ki qaldı "Stiven Johnson Sindromu"na, məlim olub ki, bu qripdən başlayan bir xəstəlikdir. Bir az ağır formada olan xəstəlik nəticədə insanın bədənində xoralar və qızartılar yaradır. Müalicə olunmasa, sonda ölümlə nəticələnir.

Günel