Mahsun Kırmızıgül evlənir - 13 Fevralda - FOTO

Mahsun Kırmızıgül evlənir - 13 Fevralda - FOTO

8 Fevral 2016 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, bu günlərdə Amerikaya köçən ünlü müğənni-rejissor Mahsun Kırmızıgül ailə qurmağa hazırlaşır. O, bir ildir ki, eşq yaşadığı Ece adlı xanımla evlənir. Ece ixtisasca vəkildir.

13 Fevralda Los Ancelesdə nikah masasına əyləşməyə hazırlaşan Mahsun 30 nəfərə yaxın dostlarını məclisə dəvət edib. Onların arasında Beren Saat və Kenan Doğulu cütlüyü də var.

Əlavə edək ki, səbəbkarlar bir gün əvvəldən Türkiyədən ABŞ-a uçacaqlar. Bundan başqa, müğənni dostları üçün iki günlük tur da təşkil edib. Belə ki, 30 nəfərlik qonaq məhz bəyin hesabına iki gün Los Ancelesdə əylənə biləcək.

Günel