Nəsiminin şeirini oxuyan "O ses Türkiye-2016"-nın qalibi oldu - Video
Ölkəmizdə də maraqla izlənilən "O səs Türkiyə" musiqi yarışmasının qalibi bəlli olub.
"O səs Türkiyə"nin final gecəsində Hakan və Gökhan qardaşlarının komandasında çıxış edən Əmrə Sərtqaya ilə müğənni Hadisənin komandasından olan Əziz Kiraz yarışıb.
Yarışmanın qalibi Əmrə Sərtqaya olub. Bir müddət əvvəl Əmrə Sərtqayanın Azərbaycanın hürufi şairi İmadəddin Nəsiminin davamçılarından olan anadolulu Qul Nəsiminin "Minnət eyləməm" şeirinə bəstələnən mahnını oxuması böyük rezonans doğurmuşdu. Xatırladaq ki, ötən il "O səs Türkiyə" müsabiqəsinin qalibi həmyerlimiz Elnur Hüseynov olmuşdu. (axar)
Digər xəbərlər