Putinin rolunda çəkiləcək məşhur aktyorun meneceri erməni olacaq

Putinin rolunda çəkiləcək məşhur aktyorun meneceri erməni olacaq

3 Fevral 2016 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Leonardo di Kaprio Rusiya prezidenti Vladimir Putinin rolunda çəkiləcək.41 yaşlı aktyor bu yaxınlarda verdiyi müsahibədə böyük şəxsiyyətlərin, xüsusilə, Vladimir Putinin rolunda çəkilmək istədiyini söyləmişdi.

Aktyorun arzusu artıq reallaşıb. Belə ki, "Knights Bridge Entertainment" şirkəti artıq "Putin" adlı bioqrafik filmin çəkilməsinə qərar verib. Xəbərdə bildirilir ki, Mark Deymon da Rusiya siyasəti haqqında çəkilən filmin prodüseri rolunda çıxış edəcək. Bu ilin yaz aylarında başlanılacaq çəkilişlər Rusiya, Amerika və Avropada baş tutacaq.

Siyasi triller janrında olan filmin premyerasının 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, "Knights Bridge Entertainment"in prodüseri erməni əsilli Valeri Saaryandır.(publika)

Mediainfo.az