Niyaməddin Musayev ağır xəstəliyə düçar olub?!
Mediainfo.az xəbər verir ki, Azərbaycanın xalq artisti Niyaməddin Musayevin ağır xəstəliyə düçar oldu]u deyilir. Belə ki, ötən həftə sənətçi Milli Onkologiya Mərkəzində müayinə olunmağa gəlib. Hətta qarderob işçilərinə 5 manat şirinlik də verib.
Uzun müddətdir ki, bu xəstəxanaya gəlib-gedən Niyaməddin müəllimlə əlaqə saxlayıb, sağlamlığı ilə bağlı sorğu-sual etmək istədik. Amma telefonu bağlı olduğundan buna nail ola bilmədik. Hər halda, sənətçiyə uzun ömür arzulayırıq.
Xatırladaq ki, Niyaməddin Cabbar oğlu Musayev 1940-cı ildə İmişli rayonunda anadan olub. 1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni" ilə təltif edilib.
Hazırladı: Günel Həbib

















































.jpg)











































