Rəfael Dadaşov keçmiş arvadının Türkiyədəki evlilik verilişinə çıxmasından danışdı

Rəfael Dadaşov keçmiş arvadının Türkiyədəki evlilik verilişinə çıxmasından danışdı

31 Yanvar 2016 18:56
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən Sədaqətin əmisi oğluyam, onu Türkiyəyə göndərən bacısı Brilliantdan soruşun"

Xalq artisti Rafael Dadaşov keçmiş həyat yoldaşı Sədaqət Dadaşovanın Türkiyədə evlilik proqramına qatılması ilə bağlı danışıb.

Xalq artisti bununla bağlı Musavat.com-a açıqlama verib.

"O boyda tanınmış Brilyant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib", - Dadaşov bildirib.

Qeyd edək ki,Sədaqət Da daşova Türkiyədə yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılaraq, Oqtay adlı şəxs üçün müraciət edib. Sonda cütlük bir-birini bəyənib.

Mediainfo.az