Tezliklə ata olacaq Elgiz "Günəbaxan"dan ayrıldı
Elgiz Əkbər bu gün "Günəbaxan" verilişində tamaşaçıları ilə sağollaşıb. Sabah veriliş başqa aparıcının təqdimatında efirə çıxacaq. Bu barədə bu gün verilişdə məlumat verən aparıcı qeyri-müəyyən müddətə məzuniyyətə çıxdığını deyərək, bu addımının səbəbini açıqlamayıb.
Elgiz Əkbər bunu ailəsində baş verəcək xoşbəxt hadisə ilə əlaqələndirib. Yaxın günlərdə həyat yoldaşının ana olacağını, bu səbəbdən onun yanında olmaq istədiyini bildirib:
"Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum".
Aparıcı sabah onun yerinə hansı aparıcının efirə çıxacağı ilə bağlı danışmaqdan imtina edib:
"Onu deyə bilmərəm. Bu, sürprizdir". (publika)
Mediainfo.az
Digər xəbərlər













.jpg)





































.jpg)









































