“Cavabını artıqlamasıyla alacaq...” - Sevda-Almaz qalmaqalı
Əməkdar artist Almaz Ələsgərləri ilə müğənni Sevda Yəhyayeva arasından yaranan qalmaqal davam edir.
"Qafqazinfo"nun məlumatına görə, Almaz Ələsgərliyinin "Sevdanın oxuması üçün əsrlər lazımdır" ifadəsinə müğənninin prodüseri Pərviz Əsgərov cavab verib:
"Sevda Yahyayeva 2004-cü ildən peşəkar səhnədə fəaliyyət göstərir. Teymur Göyçayevin rəhbərliyi altında orkestrla canlı konsert verib. Heydər Əliyev Sarayında, Yaşıl Teatrda verdiyi konsertlərdə anşlaq yaşanıb. Ölkədən kənarda kliplər, albomlar layihələr reallaşdırıb. Şükürlər olsun ki, heç biri uğursuz alınmayıb. Demək ki, səhnədə və gündəmdə qalmaq üçün əsrlər lazım deyil.
Gəlin sizin və Sevda Yahyayevanın bu günə qədər olan fəaliyyətini yan-yana qoyaq. Fərqi özünüz görəcəksiz. Mən qalmaqal yaratmaq üçün bu fikirləri səsləndirmirəm. Ümumiyyətlə qalmaqala ehtiyacımız yoxdur. Sadəcə bundan sonra bizə qarşı kimsə hörmətsizlik etsə bunun cavabını artıqlamasıyla alacaq".
Mediainfo.az













.jpg)





































.jpg)









































