Sevgiyə ac olan müğənni
"Vanity Fair" jurnalı J.Lonu su üzünə çıxartdı
Cenifer Lopez 7 illik əri Mark Entoni ilə ayrılığı haqda ilk dəfə "Vanity Fair" adlı məşhur jurnala danışdı. Özünü optimist adlandıran müğənni sevginin ən böyük xəyalı olduğunu açıqladı. Ünlü isimlərlə sevgi münasibəti qurmağı sevən və bu səbəbdən də gündəmdən düşməyən J.Lo yolunda getməyən bir ilişkinin davam etməməsinin tərəfdarı olduğunu da vurğuladı. Onun fikrincə, Markla yalnız iş barəsində yola gedirlər və birlikdə ortaya möhtəşəm layihələr çıxarırlar. Onu da xatırladaq ki, cütlüyün Maks və Emme adlı əkizləri var.
Artistlər həyat yoldaşlarını corab kimi dəyişirlər. Yaxşı ki, bizim artistlər corabları iy verənə qədər dəyişmirlər...
Günel Həbib
O.M.
Digər xəbərlər