Lalə Məmmədova ilk dəfə etiraf etdi: "Boşanmaq üçün ərizəni birinci qarşı tərəf vermişdi"
"Qarşımdakının belə addım atmayacağına özümü inandırmışdım".
Bu sözləri əməkdar artist Lalə Məmmədova keçmiş həyat yoldaşı haqda "ATV Maqazin onlarla" verilişində danışarkən deyib. Müğənni şəxsi həyatı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:
"Heç vaxt istəməzdim ailəm dağılsın. İlk dəfə etiraf edirəm ki, boşanmaq üçün ərizəni birinci qarşı tərəf vermişdi. Başqa bir vaxt boşanmaq istəsəydi, düşünərdim ki, bu kaprizdir. Amma bətnimdə övladım ola-ola bunu etməməliydi. Qadının ən çətin, durğun, hissiyyatlı, güvənsiz, köməksiz vaxtı onun hamiləlik dövrüdür. Böyük zərbədən sonra anladım ki, artıq alınmayacaq. Ola bilər, İlham da indi peşmanlıq çəkir.
Kişilər qadınlara nisbətən boşanmağa fərqli yanaşırlar. Bütün bu olanlara baxmayaraq, qarşı tərəfə xoşbəxtlik arzulayıram. Səhvləri, doğruları ilə övladlarımın atasıdır. Ona xələl gətirəcək və başını aşağı edəcək heç bir hərəkətim olmayıb. Bu gün hamının üzünə rahat baxa bilirəm. Heç vaxt ona pislik arzulamıram və arzulamaram da". (axar)
Mediainfo.az























.jpg)





































.jpg)































