Ərdoğan Xoşqədəmin ərinə xeyir-duasını verdi - FOTO

Ərdoğan Xoşqədəmin ərinə xeyir-duasını verdi - FOTO

18 Yanvar 2016 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
"Yolun açıq olsun"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müğənni Doğuş ilə görüşüb.

Türkiyə lideri müğənnini görüş üçün İstanbul Atatürk Hava limanına dəvət edib. Görüş zamanı müğənni yeni çıxardığı "Aklında bulunsun" albomunu prezidentə təqdim edib. Ölkə başçısı isə "Albomun xeyirli-uğurlu olsun, dinləyəcəm, yolun açıq olsun",- deyib. Qısa söhbətləşmədən sonra Ərdoğan Ankaraya getmək üçün hava limanından ayrılıb.

Prezident hava limanını tərk edəndən sonra Doğuş Ərdoğanla xatirələrini media ilə bölüşüb:

"Cənab prezidenti bələdiyyə sədri olduğu vaxtlardan tanıyıram. 1997-ci il idi. Yəni, biz indi deyil, çox uzun zamandır onun yanındayıq. Onu çox sevirik. O, onsuz da kimin onu nə qədər sevdiyini və niyə yanında olduğunu çox yaxşı bilir. O, dünya lideridir".

Mediainfo.az