Günayın eks əri Tolqa Karel amerikalı qızla ailə qurmağa hazırlaşır
Mediainfo.az xəbər verir ki, Azərbaycanlı model Günay Musayevadan boşanan Türkiyənin məşhur aktyoru Tolqa Karel yenidən evlənmək haqda düşünür.
Tolqa yeni sevgilisi ilə 6 aydır ki, bərabərdir. O, tələbə sevgilisinə 20 min dollarlıq nişan üzüyü alıb. Cütlük toy mərasimi haqda da planlar cızıb. Belə ki, may ayında gerçəkləşəcək toy Dominikada baş tutacaq.
O ki qaldı aktyorun oğlu Cihangirdən imtina etməsinə, T.Karel bütün bunların uydurma oduğunu bəyan edib:
"Oğlumla görüşürəm, görüşəcəyəm də. O, mənim canımdır. Sevgilimə də bu barədə demişəm. O da deyib ki, Cihangir mənim də oğlum sayılır, nə zaman istəsə, bizimə bərabər Amerikada yaşaya bilər".
Tolqanın açıqlamasından belə məlum olur ki, yeni sevgilisi əcnəbidir və onlar evləndikdən sonra Amerikada yaşamağı düşünürlər.
Günel Həbib





























.jpg)





































.jpg)


























