Türkiyənin korifey sənətçisi azərbaycanlı imiş
Mediainfo.az xəbər verir ki, Türkiyənin Yeşilcam filmlərinin tanınmış siması, "pis adam" rollarının mahir ifaçısı, 300-ə yaxın kinoda rol almış məşhur aktyor Nuri Alço 1951-ci ilin 26 iyununda anadan olub.
Nuri Eskişehirdə doğulsa da, sonradan İstanbula köçüb. O, əvvəllər bank sahibi olub. Hər zaman şık geyiminə maraq olduğundan onu podiuma çıxmağa dəvət ediblər. Beləcə, N. Alço ünlü markaların simasına çevrilib.
Aktyorluğa da məhz bu istiqamətdən yönlənib. Daha doğrusu, efirlərdə görünən kimi onu tamaşalara, filmlərə çəkməyə başlayıblar.
Oxuculara bildirmək istəyirik ki, Nuri Alço azərbaycanlıdır. Əsl adı Nurəddin, soyadı isə İbrahimovdur.
P.S. Türkiyə şou-biznesində tanınmış sima olan Arto gecə klublarında mahnı oxuyur. Əsl adı Harutyan Dalgadır. Erməni əsllli türk vətəndaşıdır. Onu hər zaman davakar, həmkarlarına söz atan, yaramaz, heç kimə xeyir verməyən birisi kimi tanıyırlar.
Günel Həbib





























.jpg)





































.jpg)


























