Eldar Mansurovun oğlanları yeni şirkət açdılar
Anar və Ülvi Mansurovlar Çexiya ilə iqtisadi əlaqələr yaradacaqlar
Çexiyaya məxsus "CzechConstructionService" MMC adlı tikinti şirkəti Azərbaycanda nümayəndəlik açıb.
Bu barədə KİV-ə Vergilər Nazirliyindən xəbər verilib.
Şirkətin qanuni təmsilçisi Anar Eldar oğlu Mansurovdur. Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir. MMC cari ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb.
Anar Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini Ülvi Mansurovun qardaşıdır. Bundan başqa, Çexiya internet resurslarında qeyd edilib ki, şirkətin tərəfdaşı Azərbaycan Beynəlxalq Bankıdır.
Onu da qeyd edək ki, Ülvi və Anar qardaşları xalq artisti, bəstəkar Eldar Mansurovun övladlarıdır.
Mediainfo.az
Digər xəbərlər


































.jpg)





































.jpg)





















