Arif Səlimov ad gününü qeyd etdi

Arif Səlimov ad gününü qeyd etdi

28 Dekabr 2015 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bəstəkar-müğənni Arif Səlimov 23 dekabrda ad gününü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) qeyd etdi. Eşitdiyimizə görə tədbirdə Arif Səlimova şair Gülağa Tənha tərəfindən royal bağışlanıb. Arif Səlimovla bunu dəqiqləşdirmək üçün əlaqə saxladıq. O, səhhətində bir az problem olduğuna görə bu barədə danışa bilməyəcəyini dedi.

Qeyd edək ki, BMM-də doğum günündə Arif Səlimova bildirilib ki, ad günü münasibətilə ona şair Gülağa Tənha tərəfindən royal hədiyyə olunacaq.

Yəqin bu qırmızı royal şair tərəfindən müğənniyə hədiyyə edilib. Bu xəbərin doğru olmağı ilə Arif Səlimovun bütün arzularına çatması diləyilə.

Sən hər yaxşılığa layiqsən, Arif!

İsa Rəvan