Kəmalə Rəhimli: "Yorğan-döşəkdən qalxa bilmirəm”.

Kəmalə Rəhimli: "Yorğan-döşəkdən qalxa bilmirəm”.

16 Dekabr 2015 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun müddətdir ki, səhhətində problemlər yaşayan əməkdar artist, müğənni Kəmalə Rəhimlinin sağlıq durumunda irəliləyiş yoxdur.

"Arada düzəlmişdim, verilişlərdə iştirak edirdim, mahnı oxuyurdum. Soyuqlar yenidən məni yatağa saldı. Bu zəhrimara qalmış şəkər xəstəliyi adamın canından birdəfəlik çıxmır. Gərək ömrümün sonuna qədər müalicə olunum. İynə-dərman ölüncə mənimlədir. Bax, indi səninlə danışıram, yanımda tibb bacısı var, mənə sistem qoşub".

Əməkdar artist bəzi iaşə qurumlarından da gileylənib:

"Evimiz də soyuqdur, istilik qızdırıcıları işləmir. Dəfələrlə əlaqədar qurumlara müraciət etmişik, xeyri olmayıb. Xəstə adamam, bir yandan da belə məişət məsələləri məni lap əsəbiləşdirir. Həkimlər də deyir ki, sənə əsəbiləşmək olmaz, şəkərin qalxar. Yaxşı, mən neyləyim, bir yandan xəstəlik, bir yandan da soyuğa görə yorğan-döşəkdən qalxa bilmirəm". (publika)

Mediainfo.az