"Kızım nerede?"nin ailə başçısı yeddinci dəfə evləndi
Türk seriallarının populyar siması, "Kızım nerede?"nin baş rol ifaçısı Hüseyn Avni Danyal bir rekorda imza atdı. O, yeddinci dəfə nikah masasına oturdu. Danyalın qəlbini ovsunlayan yeddinci gözəl isə tv işçisi Özgün Kılıçarslan oldu. Cütlük sadə bir mərasimlə rəsmən ər-arvad oldular. Bu xoşbəxt günlərində tanınmışlardan ibarət dostları onları yalnız qoymadı. Ayaqları yerdən kəsilən ər-arvadı gecə boru bir cüt göz təqib etdi. O gözlər bəyin anasına aid idi. Qayınana gecə boyu gözlərini gəlininin və oğlunun üzərindən ayırmadı.
Qayınananın gözü gəlini götürmürsə, bu nikah da növbəti olacaq...
Günel Həbib
O.M.
Digər xəbərlər