Müğənni Kərim 1 milyon təzminatdan danışdı

Müğənni Kərim 1 milyon təzminatdan danışdı

4 Dekabr 2015 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Mehriban Xanlarova və müğənni Kərim Abbasov arasında qalmaqal hüquqi müstəvidə davam edir. Belə ki, Mehriban Xanlarova həmkarını məhkəməyə verərək ondan bir milyon manat məbləğində təzminat tələb edir.

Müğənni Kərim Abbasov isə, deyəsən, məsələyə o qədər də ciddi yanaşmır. O, açıqlamasında belə boş-boş şeylərə ayıracaq vaxtı olmadığını bildirib:

"Belə cılız şeylərə baş qoşmuram. Məhkəmənin gedişi ilə vəkilim maraqlanır. Mən sənətçiyəm və sənətimlə maraqlanıram".

Qarşı tərəfin şəfər və ləyaqətini alçaldan ifadələr işlətməsinə gəlincə:

"Əgər kiminsə şərəf və ləyaqətinə toxunulub və burada məni günahkar bilirlərsə, heç eybi yoxdur. Mənim də şərəf və ləyaqətimə toxunulub. Amma özüm haqda danışmaq istəmirəm. Bu işlərlə vəkilim məşğul olur".

Tələb edilən məbləğ isə müğənnini güldürür:

"Belə şeylər məni güldürür. Allah onun köməyi olsun. Məhkəmənin qərarında heç 1 milyon manatdan söhbət belə getmir. Belə iddialar məni sadəcə güldürə bilər".

"Bəs üzr istəyəcəksinizmi?", - sualına müğənni belə cavab verib:

"Üzr istəmək kiçiklik deyil, böyüklükdür. Mən haqsızamsa, üzr istəyərəm. Amma kimsə atlanıb-düşürsə, bu, mənə maraqlı deyil". (publika)

Mediainfo.az