"Sənətçi artist deyil, artist sirkdə olur!"

"Sənətçi artist deyil, artist sirkdə olur!"

26 İyul 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnini özündən kim çıxartdı?

Bir neçə dəqiqə öncə "Atv"nin "Gün keçdi" verilişində növbəti qalmaqal baş verdi. Stilistlərdən Anar Atakişiyev, Nigar İbrahimova, müğənnilərdən Arzum və türk həkiminin iştirakı ilə start götürən verilişin mövzusu əsasən stilistlərin bacarığı ilə bağlı idi. Verilişə canlı qoşulan primadonna İlhamə Quliyevanın sən demə, veriliş boyu əsəbiləşdirən bir məqam olub. Belə ki, Nigarın (gəlin elə bəzənməlidir ki, artistə oxşamasın) cümləsi xalq artistinin xətrinə dəydiyi üçün o, iradını bu cür bildirdi: "Azərbaycanda bir nömrəli kişi vizajisti Anar Atakişiyev, qadınlardan isə mənim vizajistim Ruxadır. Nigar xanım, canım mənim, artist sirkdə olur. Biz sənət adamlarıyıq. Bizim haqqımızda bu cür danışmazlar. Sizin sözlərinizdən möhkəm incidim. Mən sizdən böyüyəm, böyüyün məsləhətindən heç kim inciməməlidir. Xahiş edirəm, bir daha sənət adamlarına artist deməyəsiniz".

Onu da xatırladaq ki, primadonnanın ittihamları səslənərkən N.İbrahimova saymazyana tərzdə jurnal vərəqləyirdi. Düzdür, o, İlhamə xanımın ittihamlarına əvvəlcə cavab verə bilmədi, çünki əks tərəf buna imkan vermirdi. Ancaq sonradan Nigar açıqlama verərək, həmin cümləni, daha doğrusu "artist" sözünü sənətçiləri təhqir etmək məqsədi ilə deyil, loru dildə işlətdiyini bildirdi.

Söz vardır kəsdirər başı, söz var kəsər savaşı.

Könül Aypara

O.M.