Prodüser sərxoş yaxalanmasından danışdı: "Yüksək cərimə ödədim, avtomobilim də artıq cərimə meydançasından buraxılıb" - VİDEO

Prodüser sərxoş yaxalanmasından danışdı: "Yüksək cərimə ödədim, avtomobilim də artıq cərimə meydançasından buraxılıb" - VİDEO

2 Dekabr 2015 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
"Polis əməkdaşlarına təşəkkür edirəm”

Ötən həftəsonu prodüser Təranə Səmədovanın sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılması və aralarında yaranan xoşagəlməz olayın efirdə yayılması ilin sonuna damğa vuran hadisə oldu.

Baş verən hadisəyə münasibət isə birmənalı olmadı. Bəziləri prodüseri, bəziləri isə polisi qınadı. Ötən gün ANS telekanalında qonaq olan prodüser baş verən insidentdə özünü günahkar bilib:

"Etiraf edim ki, spirtli içki içmişdim. "Ayıq sürücü" xidməti çağırmalı idim. Bütün günahı da özümdə görürəm. İçkili olduğum üçün aqressiv idim. Əslində, günahkar olduğumu bildiyimə görə, sinirlənmişdim. Onu da deyim ki, mənə xanım olduğum üçün hörmət etdilər. Qanuna əsasən, həbs olunmaqla yanaşı, sürücülük vəsiqəmdən də məhrum ola bilərdim. Yüksək cərimə ödədim, avtomobilim də artıq cərimə meydançasından buraxılıb. Buna görə, polis əməkdaşlarına təşəkkür edirəm". (publika)

Mediainfo.az