İlk "Bond qızı" öldü

İlk "Bond qızı" öldü

26 İyul 2011 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivudun 1940-cı illərinin ulduzlarından olan Linda Kristian 87 yaşında vəfat etdi. Qızı Romina Pover anasının Kaliforniya ştatının Palm-Desert şəhərində öldüyünü açıqladı. Meksikada dünyaya gələn Kristianın film dünyasındakı ilk çıxışı 1944-cı ildə Denni Key ilə oynadığı "Up In Arms" oldu. 1948-ci ildəki "Tarzan and the Mermaids"dəki rolundan sonra o, Hollivudun ən yaraşıqlı aktyorlarından olan Troy Pover ilə evləndi. Ancaq cütlük 1956-cı ildə boşandı. Linda 1954-cü ildə ilk "Bond qızı" olaraq "Casino Royal"da iştirak etdi. 8 nəvə sahibi olan aktrisa qızı və bacısı ilə birlikdə yaşayırdı.

Allah rəhmət eləsin.

Günel Həbib

O.M.