Dünyaşöhrətli ulduz bu gün basdırılacaq
27 yaşında ölən dünyaca məşhur müğənni Emmi Vaynhausun dəfn mərasimi bu gün baş tutacaq. Lakin tədbirin harada və saat neçədə keçiriləcəyi gizli saxlanılıb. Başqa detallardan isə ictimaiyyətin xəbəri olmayacaq.
Yəhudi bir ailənin qızı olan Emmi adətə görə ölümündən qısa müddət sonra basdırılmalı idi. Spirtli içki və narkotik qurbanı olan star daha öncə müalicə alsa da, görünür bunun heç bir faydası olmadı. Ona görə ki, o, evində ölmüş halda tapıldı. Ekspertizanın ilkin bilgisinə görə, Emmi yüksək dozalı narkotik həblər qəbul etdiyi üçün keçinib. Lakin dəqiq məlumat gələn həftə müəyyən olunacaq.
Ağ ölümün qara səhifələri.
Günel Həbib
O.M.
Digər xəbərlər