"O eski halimden haber yok şimdi..."

"O eski halimden haber yok şimdi..."

26 İyul 2011 18:10
Bəyəndim (0) Bəyənmədim (0)
Xəstəxana otağında konsert vermək istədi

Hazırda Türkiyədə müalicəsi davam edən İbrahim Tatlısəs bir ilkə imza atdı. O, Almaniya səfəri öncəsi (əməliyyat üçün) xəstəxana otağına saz heyətini dəvət etdi. Yenidən o məlahətli səsini işə salmaq istəyən İboda bu alınmadı. Yalnız həkimlərin müdaxiləsindən sonra o, özünü məcbur etməkdən vaz keçdi. Ardınca isə uzun-uzadı musiqiləri dinlədi, darıxdırıcı günlərini bir neçə saatlıq da olsa unutdu. Artıq qolunu və barmaqlarını tərpətməyə müvəffəq olan Tatlısəsin ziyarətçisi olanlar onun sağlam və yüksək əhval-ruhiyyədə olduğunu bildirirlər.

Oxumaq, oxumaq, yenə də oxumaq. Tatlısəsin mahnı oxumağını demirəm, maraqlı məqalələrimizi oxumağınızı nəzərdə tuturam...

Günel Həbib

O.M.