Təranə Mahmudova konsertinə sayılı günlər qalır

Təranə Mahmudova konsertinə sayılı günlər qalır

27 Noyabr 2015 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabırın 28 də Modern Jazz adı altında səhnəyə çıxacaq mügənni Təranə Mahmudova konsertinə sayılı günlər qalmış yeni bir iş birliyinə imza atdı. O, bundan sonra KEvents qroup prodüsser mərkəziylə işləyəcək. İndiyə kimi yaradıcılıgı və səhnə həyatı barədə görəcəyi bütün işlərin qərarını özü verib. Təranə Mahmudova səhnənin tələbləri böyükdü deyir. Mən sadəcə ifamla məşgul olmalıyam digər işlər peşəkarlara aiddir. Bu mənada KEvents qroupun rəhbərlərindən biri olan Kənan Bayramovla birgə iş planları cızmagın ona ugur gətirəcəyini inanır. Bu iş birliyinin hər iki tərəf üçün maragl və ugurlu olacagını deyən mügənni Konsert sonrası KEvents qroupla yeni işlərinin planlarını cızacaq.

Xatırladaq ki, KEvents qrup prodüsser mərkəzi fəaliyyəti müddətində yerli və xarici mügənnilərlə böyük layihələrə imza atıb. Röya, Zamiq Hüseynov, Sevda Yehyayeva,Rəhim Rəhimli , Natiq ritm qrupu üçün konsertlər, layihələr təşkil edib. Əcnəbilərdən Patrisiya Kaas, Sami Yusif, Gülşən və adını çıkmədiyimiz bir necə məhşuru Azərbaycan səhnəsinə gətirən KEvents qrup olub. Mərkəz hazırda toy, tədbir təşkilatçılıgı, festival və tv – layihələrin hazırlanmasıyla məşgul olur. Ümüd edirik ki, Təranə Mahmudova və KEvents qrupun bir yerdə olmasından səhnəmiz qazanacaq. Onların iş birliyindən yeni və maraglı layihələrin təqdimatını gözləyirik. Hələlik isə Təranə Mahmudova ilk konsertin həyəcanını yaşayır.

Şəlalə Nəriman

Mediainfo.az