Vergilər nazirliyi şou-biznes əhlini xəbərdarlıq etdi
Vergilər Nazirliyi şou-biznes nümayəndələrinə ciddi xəbərdarlq edib. Xəbərdarlıq onların nazirliyə təqdim etdikləri vergi bəyannamələri ilə bağlıdır. Əgər şou-biznes nümayəndələri vergiləri ilə bağlı məlumatları doğru tədqim etməsələr onda onları ciddi cəzalar gözləyir.
Şou-bizneslə məşğul olan və qeydiyyata alınmış 2942 vergi ödəyicisinin vergi bəyannamələri araşdırılıb. Nəticədə bütün ödəyicilərin bəyannamələrinin həqiqətə uyğun olmadığı aşkarlanıb. Vergilər Nazirliyindən verilən məlumata görə, bununla bağlı onlara uyğunsuzluq məktubları göndərilib.
Nazirlikdən hətta şou-biznes nümayəndələrinə vergilərini doğru təqdim etmək üçün vaxtda qoyub.
Əlaqə saxladığımız digər müğənnilər isə müsahibə verməkdən boyun qaçırdılar.
Vergilər Məcəlləsinə görə vergidən yayınanlara qarşı ciddi tədbirlər nəzərdə tutulub.
Əgər bank hesablarında kifayət qədər vəsait olması onların avtomobillərinə və əmlakları müsadirə ediləcək. Amma cəza tədbirləri bununla yekunlaşmır.
Nazirlikdən verilən məlumata görə, son günlərdə aparılan yoxlamalar nəticəsində 12 vergi ödəyicisinin 115 min manat vergi borcu müəyyən edilib.Ödəyicilərinin sayının 2942 nəfər olduğunu nəzərə alsaq, bu, milyonlarla manat vəsaitin dövlət büdcəsindən yayındırılmasımənasına gəlir. (sia)
Mediainfo.az




































.jpg)





































.jpg)



















