265 milyon dolları olan Bekhem 10 dollara böcək yedi

265 milyon dolları olan Bekhem 10 dollara böcək yedi

23 İyul 2011 19:35
Bəyəndim (0) Bəyənmədim (0)
Hə, noolsun?

"Disney XD" kanalındakı proqrama qatılan Devid Bekhem ona meydan oxuyan aparıcının təklifini qəbul etdi. Aparıcı, "Səyahətlərində iyrənc nəsə yemisən?" deyə sual verdi. Cavab isə belə oldu: "Heç cəhd etməmişəm". Aparıcı, "Bəs indi sənə 10 dollar versəm, cəhd edərsən?" deyə şərt qoydu. Futbolçu isə, "10 dollar üçün hər şey edərəm", dedi və qarşısına qoyulan böcəyi ağzına atıb yedi, pulu da aldı. Ünlü futbolçunun bu hərəkəti kanalda yayımlanan və tamamən animasiyalı olan "Take Two With Phineas and Ferb" adlı verilişdə baş tutdu. Aldığı 10 dollar da, yediyi böcək də, özü və aparıcı da animasiyadan ibarət idi.

Devid Bekham bircə gün jurnalist işləsə, böcək yeməyə şükür edər...

Günel Həbib

O.M.