"Yaprak dökümü"nün Leylası ərə getdi

"Yaprak dökümü"nün Leylası ərə getdi

23 İyul 2011 19:25
Bəyəndim (0) Bəyənmədim (0)
Bəy Şabanın oğludur

"Yaprak dökümü" serialı ilə yaddaşlara həkk olunan Gökçe Bahadır (Leyla) və nişanlısı evləndilər. Tanışlıqlarının ilk aylarından etibarən evlənməyi planlaşdıran Ali Sunal (Kemal Sunalın - Şabanın oğlu) və aktrisa dünən günorta saatlarında nikah masasına oturdular. Dekabr ayında ailəsi ilə Gökçeyə elçi düşən Ali nəhayət ki, arzusuna çatdı. Bəyin nikah şahidi bacısı Ezo Sunal, gəlininkilər isə Göksel Kortay ve Oya Başar idi. Pınar Altuğ-Yağmur Atacan, Özgür Ozan, Ceyda Düvenci , Tarık Ünlüoğlu, Sinan Tuzcu-Dolunay Soysert ,Suna Keskin kimi yaxın dostları da cütlüyü bu şad günlərində yalnız qoymadılar. Ali-Gökçe sabah axşam Yunanıstanın Leros adasında yaxınlarının da iştirakı ilə ziyafət verəcəklər. Ada Bodruma 2 saatlıq bir məsafədə yerləşir.

Yaxşı ki, məni o toya dəvət etməyiblər. 20 manat pul salmaq ayıbdır axı...

Günel Həbib

O.M.