400 milyon dollar sərvəti olan "Terminator" aliment vermək istəmir

400 milyon dollar sərvəti olan "Terminator" aliment vermək istəmir

23 İyul 2011 19:01
Bəyəndim (0) Bəyənmədim (0)
O, arvadının qarşısına şərt qoyub

Ərinin nikahdan kənar uşaqları olduğunu öyrənər-öyrənməz boşanma ərizəsi ilə məhkəməyə müraciət edən Mariya Şriver (Con F.Kennedi - ABŞ-ın keçmiş prezidentinin qardaşı qızı) aliment tələb edir. Lakin Arnold Şvartsneqqer onun tələbinə qarşılıq vermək fikrində deyil. 17 və 13 yaşlı yetkinlik yaşına çatmayan uşaqları olsa da, aktyor arvadının qarşısına hakim önündə şərt qoyub ki, onların xərcləri şərikinə ödənsin.

Sabiq qubernatorun 400 milyon dollarlıq sərvəti olduğu bilinir. 63 yaşlı Arnold vəzifəsindən azad edildikdən sonra yenidən karyerasına davam etmək istəsə də, şəxsi həyatında yaşanan bu problem onu yarı yolda qoydu. Film layihələrini hələ ki rəfə yerləşdirən aktyor yeni filminin çəkilişlərində sentyabr ayında iştirak edəcək.

Bəzi kişilər özlərini yetim kimi aparırlar. Az qalırsan onlara aliment verəsən...

Günel Həbib

O.M.