"İki tüstü" filminin premyerası keçirildi (+18) - FOTO

"İki tüstü" filminin premyerası keçirildi (+18) - FOTO

11 Noyabr 2015 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakıda "İki tüstü" filminin premyerası keçirilib.

Baş rollarda gənc aktyorlar Səməndər Rzayev və Nəriman Abduləliyevin çıxış etdiyi 18+ filmdə xalq artisti Arif Quliyev də rol alıb.

Film iki gəncin narkotik maddə istifadə etdikdən sonra başlarına gələn qəribə və əyləncəli hadisələrdən bəhs edir. Macəra dolu həyat yaşayan gənclər sonda böyük bir sürprizlə qarşılaşır.

Xalq artisti Arif Quliyev isə epizodik rolda çıxış etməsinə baxmayaraq, yenə də hər kəsi güldürməyi bacarıb.

Filmin premyerasında əməkdar artist Vəfa Zeynalova, aparıcılar Şəhriyar Əbilov və Cavid Gül, aktyor Fərda Xudaverdiyev, rejissor-aktyor Ələkbər Əliyev, aktrisa Nigar Babayeva və başqaları iştirak edib.

Qeyd edək ki, filmin ssenari müəllifi Səməndər Rzayev, rejissoru isə Əlisəttar Quliyevdir. (axar)

Mediainfo.az