Sürücülük vəsiqəmi özüm oxuyub, almışam
Bazar ertəsi onu yeni avtomobildə görəcəksiniz
Gənc müğənnilərdən olan Günay İbrahimli əslən Füzulidən olsa da, orada hələ də olmadığından təəssüfləndiyini bildirir. Toy qiymətlərindən danışmağı xoşlamadığını bildirən Günay bir çox həmkarlarından fərqli olaraq, sürücülük vəsiqəsini imtahan yolu ilə, daha doğrusu, əziyyət çəkərək oxuyub aldığını bildirir. ""BMW" markalı avtomobilimi elə bu gün satmışam. Yenisini birinci gün alacağam", - deyən Günay hansı müğənnilərin tanış və ya pul vasitəsilə vəsiqə aldıqlarını gizli saxladı.
Bəlkə də digər müğənnilər də Günay haqda nəsə bilirlər, amma gizli saxlayırlar...
Könül Aypara
O.M.
Digər xəbərlər