Türkiyənin tanınmış yumor ustası indi ayaqqabı boyayır - FOTO

Türkiyənin tanınmış yumor ustası indi ayaqqabı boyayır - FOTO

9 Noyabr 2015 12:09
Bəyəndim (0) Bəyənmədim (0)
O, sadəcə başının üstündə damın olmasını arzulayır

Mediainfo.az xəbər verir ki, Türkiyənin yumor ustalarından biri olan Kemal Sunalın (Şaban) "Umudumuz Şaban" filmində bu aktyor da rol alıb. Bir vaxtlar o, "Artist Ahmet" ləqəbi ilə tanınıb. "Yeşilcam" filmlərində bir çox rolların öhdəsindən ustalıqla gəlib. Yaddaşlarda iz buraxan məşhur aktyor Ahmet Cengizə təəssüflər olsun ki, layiq olduğu qiymət verilməyib. O, ailəsini dolandırmaqdan ötrü bu ahıl yaşlarında küçələrdə ayaqqabı boyamaqla məşğuldur.

61 yaşlı usta aktyor həyatının 15 ilini Türkiyə filmlərinə həsr edib. İndi isə Qaziantep şəhərinin Nizip küçəsində həyatda qalmaqdan ötrü çapalayır. Ahmet Cengiz müsahibəsində sadəcə yaşamaq üçün başının üstündə dam olmasını istəyir.

Günel Həbib