Müğənnilər arasında biabırçı qalmaqal!
Müğənni Afaq Aslanla həmkarı Aytac Vidadiqızı arasında olan qalmaqal səngimək bilmir. Lent.az-ın məlumatına görə, müğənnilər arasında olan qalmaqala Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılıb və qərar oxunub. Qərara əsasən A.Aslan A.Vidadiqızından üzr istəməli və mənəvi ziyana görə iddiaçıya iki min manat təzminat da ödəməlidir.
Bu barədə musavat.com-a danışan müğənni Afaq Aslan bildirib ki, qərardan apelyasiya şikayəti edəcək:
"Bu hələ son qərar deyil. Apelyasiya şikayəti edəcəm. Aytac deyəsən fantaziyalı kinolara çox baxıb. Deyəsən, ən böyük arzularından biri də odur ki, məhkəmədə məndən pul udub, banka olan borclarını bağlasın. O, hələ ümidlə yaşayır ki, mən ondan üzr istəyim. Hələ məndən 50 min təzminat istəyirdi. Amma məhkəmənin qərarına əsasən 2 min manat təzminat kəsildi. Ondan üzr istəməyimi ağlına belə gətirməsin. Onun məndən teləb etdiyi pulun bir neçə qatını ona ödətdirərəm. Nə demişəm, dediyimin üstündə də dururam. Son gülən, ən yaxşı güləndir. Deyəsən, hələ məni yaxşı tanımır".
Onu da əlavə edək ki, A.Vidadıqızı A.Aslanı bu sözlərə görə məhkəməyə verib: "Bu Aytac həmin insandır ki, mən onun evinə söhbətə getmişdim ki, niyə mənim sevgilimlə yatmısan? Həmin vaxt o, qapını açarla bağladı ki, bu gecə mənimlə yatacaqsan. Mən səni buraxmıram. Bu gecə mənimlə yat, ürəyin nə istəyir, alacam sənə. Ölürəm sənin üçün". Razılaşmadım. Onun evindən qırğınla çıxmışam. Onda bildim ki, o lesbiyan imiş. Üzünə də deyərəm. Getsin, lesbiyanlığının dərdini çəksin. Otelləri tanımayan xanım nədənsə otellərin ulduzuna çevrilib. Onu bütün respublika gözəl tanıyır. Nə yolun yolçusu olduğunu gözəl bilir".
Qeyd edək ki, Aytac Vidadiqızının vəkili Tahir Əlirzayev isə məhkəmənin yekunu olaraq bu sözləri deyib:
"Məhkəmə qətnaməsində göstərilib ki, Afaq Məcidqızı həmkarı Aytac Vidadiqızı ilə bağlı yaydığı yalan məlumatlara görə təkzib verərək üzr istəməlidir. Bundan başqa, Afaq Aslan vurduğu mənəvi ziyana görə iddiaçıya iki min manat məbləğində təzminat da ödəməlidir".





































.jpg)





































.jpg)


















