Aybəniz Haşımovanın qızı "O ses Türkiye" yarışmasına qatılıb - VİDEO

Aybəniz Haşımovanın qızı "O ses Türkiye" yarışmasına qatılıb - VİDEO

2 Noyabr 2015 11:55
Bəyəndim (0) Bəyənmədim (0)
Çərşənbə axşamı Aynişanın performansını izləyə bilərsiniz

Əməkdar artist Aybəniz Haşımovanın qızı gənc müğənni Aynişan Quliyeva "O səs Türkiyə" yarışmasına qatılıb.

Hazırda Türkiyədə magistratura təhsili alan və fəaliyyətini orada davam etdirən gənc ifaçı qardaş ölkənin ən böyük səs yarışmasına qatılıb.

Artıq verilişinin anonsları yayılıb və göründüyü qədəri ilə bütün münsiflər Aynişanın ifasından sonra onu öz komandalarında görmək istəyiblər.

Veriliş çərşənbə axşamı "TV8"də Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq. (azeber)

Mediainfo.az