Mahsun Kırmızıgülün "Kiçik gəlin" serialı yoldadır

Mahsun Kırmızıgülün "Kiçik gəlin" serialı yoldadır

22 İyul 2011 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Çəkilişlər üçün bütün hazırlıqlar tamamlanıb

Mahsun Kırmızıgül yep-yeni bir layihə ilə yenə də adından bəhs etdirməyi bacaracaq. Bu dəfə ünlü müğənni və rejissor serial çəkəcək.

Yaşı böyük kişilərlə evləndirilən kiçik qızların dramından bəhs edən serial yoldadır. Türkiyədə geniş yayılmış "Kiçik gəlin" adət-ənənəsinə Mahsun lupa ilə baxacaq və problemi bədii boyalarla tamaşaçılara nümayiş etdirəcək. Layihənin baş rolu Meltem Miraloğluna həvalə edilib. Serialda o, 66 yaşlı Rana Cabbarın canlandırdığı xarakterlə zorla evləndiriləcək. Çəkilişlər isə yaxın günlərdə start götürəcək.

Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq. Bütün günü quyruq yeyib əziyyətlə ölməkdənsə bir dəfəyə yumruqla ölmək daha rahatdır...

Günel Həbib

O.M.