Müğənni Rasim Mustafazadə ilk fotosessiyasını etdirib
Müğənni Rasim Mustafazadə ilk fotosessiyasını etdirib. Onun şəkillərdəki imici və obrazı xüsusi diqqət çəkir və dünyaca tanınan qanqster Al Kaponeyə bənzəyir. Rasim özü bu haqda "Bəlkə də bənzərliyimiz var. Amma fotosessiya edərkən Al Kapone obrazını yaratmağı düşünməmişdik. Şəkillər hazır olduqdan sonra bənzərliyi gördüm. Mənim qanqsterliklə heç bir əlaqəm yoxdur"-gülərək, bildirib. Qaranlıq dünyanın adamları ilə maraqlanmadığını deyən müğənni əvvəllər fikrini peşəkar idmana, son zamanlar isə müğənnilik karyerasına yönləndirdiyini deyir. Azərbaycanda ilk dəfə peşəkar idmandan müğənniliyə addım atan Mustafazadə yeni mahnılar üzərində çalışır. Az müddət əvvəl 2 klipini tamaşaçıların ixtiyarına verib. Yaxın günlərdə isə daha bir mahnısına çəkilən klipin təqdimatını edəcək. Sözləri və musiqisi Azər Nəsibovun olan "Mənim üçün sevgi" adlı ritmik mahnını yenə də rejissor Rəhman Əliyev ekranlaşdırıb. Klipin son montaj işləri gedir. Operator işi Delee-yə, mahnın aranjimanı isə Elvin Musayevə məxsusdur. Klip hazır olduqdan sonra ilkin baxış üçün media nümayəndələrinin ixtiyarına veriləcək. Qeyd edək ki, Rasim Mustafazdə xalq artisti Samir Cəfərovun tələbəsidlir.
Şəlalə Nəriman





































.jpg)





































.jpg)


















