Merilin Monronun erotik filminə baxmaq istəyən varsa...
1962-ci ildə vəfat edən Merlin Monronun ünlü olmadan çəkdiyi qara-ağ
lentli erotik filmi hərraca çıxarılır. 1946-cı ildə çəkilən bu film ispan kolleksiyaçı
Mikel Barsa tərəfindən Argentinanın paytaxtı Boynes-Ayresdə hərraca qoyulacaq. Açılış
qiyməti isə 500 min dollar olacaq.
Kolleksiyaçı aktrisanın bu filmdə həqiqi adı olan Norma Cindən istifadə etdiyini və anonim bir kişi ilə sevişdiyi ipuclarını verib. Heç bir sürəti olmayan orijinal qısa metrajlı film 7 avqustda alıcılara təqdim olunacaq və onun milyon dolları aşan bir büdcə ilə əl dəyişdirəcəyi ehtimal olunur. Barsa filmin rejissorunun ispan olduğu və o, öldükdən sonra ailəsi bütün səlahiyyətləri ona etibar etdiyini də açıqlayıb.
Gizlətdiyin sirr sənin əsərindir. Açırsansa, sən onun əsirinə çevrilirsən...
Günel Həbib